22 avqust 2026. Şənbə

Azərbaycan Basketbol Federasiyasının nümayəndə heyəti Bəhreyndəki konqresə qatılıb


  • Offside
  • 13:26 16.05.2025
  • Oxunma sayı: 173
Azərbaycan Basketbol Federasiyasının nümayəndə heyəti Bəhreyndəki konqresə qatılıb

Bəhreynin Manama şəhərində 160-dan çox milli federasiya rəsmilərinin iştirak etdiyi "FIBA Mid-Term Congress 2025” keçirilir.

Azərbaycan Basketbol Federasiyasından (ABF) 90deqiqe.Az-a verilən məlumata görə, konqresdə ölkəmizi ABF-nin prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov təmsil edir.

Burada FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın