- Offside
- 11:57 06.12.2025
UEFA, FİFA prezidenti Canni İnfantinonu şəxsi siyasi maraqlarını futboldan üstün tutmaqda ittiham edib.
90deqiqe.Az xəbər verir ki, bu gün Paraqvayın paytaxtı Asunsionda keçirilən FİFA Konqresinin iclası, İnfantinonun Qətərdən vaxtında qayıtmaması səbəbindən üç saat gecikib. FİFA rəhbəri Qətərdə ABŞ prezidenti Donald Trampla görüş keçirib.
UEFA-nın bəyanatında qeyd olunur: "Son dəqiqədə edilən qrafik dəyişiklikləri şəxsi siyasi maraqlara uyğunlaşdırmaq, futbolun maraqlarına xidmət etmir və onun prioritetlərini ikinci plana atır."
Qeyd edək ki, İnfantino əvvəllər Donald Trampla görüşərək, Amerika lideri ilə bir sıra məsələlərdən, o cümlədən Rusiya komandasının beynəlxalq yarışlardan diskvalifikasiyası məsələsini müzakirə etmişdi.
Xatırladaq ki, ABŞ 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək üç ölkədən biridir.