- Offside
- 23:20 30.01.2025
Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevin hərbi rütbəsi artırılıb.
Corner.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.
Bunadək leytenant rütbəsini daşıyan 28 yaşlı üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.