20 iyun 2025. Cümə

Luis Nani siyasətə qoşulur


  • Offside
  • 22:16 16.05.2025
  • Oxunma sayı: 82
Luis Nani siyasətə qoşulur

"Mançester Yunayted"in keçmiş futbolçusu Luis Nani ölkəsində siyasətə qədəm qoyur.

90deqiqe.Az "L’Équipe"ə istinadən xəbər verir ki, keçmiş portuqaliyalı futbolçu Portuqaliya Kommunist Partiyasının rəhbərlik etdiyi Demokratik Koalisiyaya dəstək verdiyini açıqlayıb.

Təxminən 20 mövsüm peşəkar futbol oynayan Nani siyasətlə daha fəal şəkildə məşğul olmağa qərar verib.

Mayın 18-də keçiriləcək növbədənkənar parlament seçkilərində Portuqaliyada parlamentdə yer tuta bilər.

Qeyd edək ki, 38 yaşlı Luis Nani karyerası ərzində “Fənərbağça” və “Adana Dəmirspor”, həmçinin “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melburn Viktori” və “Estrela Amadora”da çıxış edib.







Offside