14 iyun 2025. Şənbə

Kriştiano Ronaldo “Almeriya”nın ortaq sahibi ola bilər


  • Offside
  • 22:50 16.05.2025
  • Oxunma sayı: 89
Kriştiano Ronaldo “Almeriya”nın ortaq sahibi ola bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tezliklə İspaniya ikinci divizion təmsilçisi “Almeriya”nın ortaq sahibi ola bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbəyə görə, portuqaliyalı futbolçu əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının "SMC Group" investisiya şirkətinin rəhbəri Məhəmməd Al-Khereiji ilə yaxşı münasibətə malikdir. 40 yaşlı hücumçu "SMC Group"un səhmlərini ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər. Al-Khereijinin 2022-ci ilin dekabrında Ronaldonun “Əl-Nəsr”ə keçidinə təsir edən əsas fiqur olduğu vurğulanır.

Sequndanın 39 turundan sonra “Almeriya” 62 xalla altıncı pillədə qərarlaşıb.







Offside