- Offside
- 11:57 06.12.2025
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.