- Offside
- 22:00 13.06.2025
Portuqaliya Liqasında 34-cü turun ardından mövsümün çempionu müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, həftəyə 79 xalla lider kimi başlayan "Sportinq" öz meydanında "Vitoriya" üzərində 2:0 hesablı qələbə qazanaraq titulunu rəsmiləşdirib.
“Yaşıl-ağlar”ın qollarını 55-ci dəqiqədə Pedro Qonçalves və 83-cü dəqiqədə Viktor Qyökeres vurub. Bu nəticə ilə "Sportinq" xallarını 82-yə çatdıraraq klub tarixində 21-ci dəfə Portuqaliya çempionluğunu qazanıb.
Çempionluq yarışında “Sportinq”in əsas rəqibi olan “Benfika” isə "Braqa" ilə səfər matçında 1:1 hesablı heç-heçəyə razılaşıb. Oyunda hesabı 24-cü dəqiqədə meydan sahiblərindən Zalazar penaltidən açıb. “Benfika” 63-cü dəqiqədə Pavlidisin qolu ilə bərabərliyi təmin etsə də, bu nəticə onlara çempionluq üçün kifayət etməyib.
Mövsümün sonunda “Benfika” 80 xalla ikinci yeri tutub. “Braqa” isə 66 xalla dördüncü sırada qərarlaşıb.