20 may 2026. Çərşənbə

Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb


  • Offside
  • 12:00 19.05.2025
  • Oxunma sayı: 163
Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb

Trek velosipedi üzrə Azərbaycan yığmasının üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan Velosiped Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, idmançı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.

Viktoriya Sidorenko bu nəticə ilə aktivinə 80 reytinq xalı da əlavə edib.







Offside