14 iyun 2025. Şənbə

Azərbaycan taekvondoçusu “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb - VİDEO


  • Offside
  • 12:54 19.05.2025
  • Oxunma sayı: 58
Azərbaycan taekvondoçusu “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb - VİDEO

Azərbaycan taekvondoçusu, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlandırma mərasimi keçirilib. Qala gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.







Offside