6 dekabr 2025. Şənbə

Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq


  • Offside
  • 12:57 19.05.2025
  • Oxunma sayı: 141
Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

25-31 avqust aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu cütü və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.







Offside