- Offside
- 22:41 19.06.2025
Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.
Azərbaycan Velosiped Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.
Qeyd edək ki, M.Hüseynova daha əvvəl bu yarışda 200 metr məsafəyə sprint üzrə də bürünc medal əldə etmişdi.