9 iyul 2025. Çərşənbə

İvan Rakitiç karyerasını başa vurur


  • Offside
  • 22:15 19.05.2025
  • Oxunma sayı: 128
İvan Rakitiç karyerasını başa vurur

"Hayduk"un yarımmüdafiəçisi İvan Rakitiç futbolçu karyerasını bitirmək qərarına gəlib.

90deqiqe.Az "Jutarnji.hr"a istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun peşəkar səviyyədə son oyununu mayın 24-də “Şibenik”ə qarşı keçirəcəyi gözlənilir.

Bazar günü “Riyeka” ilə qarşılaşmada Rakitiç ikinci hissədə əvəzlənib və ehtiyat oyunçular skamyasına gedərkən göz yaşlarını saxlaya bilməyib.

Rakitiç karyerası ərzində İspaniyanın “Sevilya” və “Barselona” klublarında, eləcə də Xorvatiya millisində yarımmüdafiəçi kimi çıxış edib. O, 2024-cü ildə, cari mövsüm başlamazdan əvvəl “Hayduk”a qoşulub.

 







Offside