- Offside
- 23:20 30.01.2025
Qadın voleybolçular arasında Avropa çempionatı start götürüb.
Corner.az-ın məlumatına görə, Azərbaycan millisinin yer aldığı C qrupunun görüşləri Macarıstanın paytaxtı Budapeştdə keçirilir.
Millimiz bu gün ilk oyununa çıxıb. Covanni Kapraranın yetirmələri Xorvatiya millisi ilə qarşılaşıb. Komandamız ilk setdə qələbə qazansa da, növbəti iki setdə xorvatlar sevinib. Bundan sonra özlərini toparlayan millimiz hesabı bərabərləşdirməyi bacarıb - 2:2. Tay-brekdə isə yerdəyişməyəcən məğlub durumda olmasına baxmayaraq, millimiz sonda çətin qələbə qazanıb.
Yığmamız növbəti görüşünü avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. Ertəsi gün isə qrupdakı son turda rəqibimiz meydan sahibi Macarıstanla qarşılaşacaq.
Avropa çempionatı
C qrupu, I tur
23 avqust
Xorvatiya - Azərbaycan - 2:3 (13:25, 25:20, 25:22, 24:26, 15:17)
Budapeşt, "Papp Laslo Sportarena". Hakimlər. Filip Şürmann (Lixtenşteyn), Andrey Kobalçuk (Ukrayna)
Xorvatiya: Rene Sain, Nika Stanoviç, Bozana Butigan, Nikolina Boziçeviç, Lusia Mlinar, Matea İkiç, Sanya Popoviç-Gamma, Beta Dumanciç, Samanta Fabriç, Martina Samadan, Bernarda Brciç, Lea Deak, Karla Klariç
Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva