- Offside
- 23:24 05.12.2025
2021-ci il ABŞ Açıq çempionu, dünya 43 nömrəli britaniyalı tennisçi Emma Radukanu Strasburqda (Fransa) mükafat fondu 925 661 avro olan WTA-500 gil kort turnirində uğurlu start götürüb.
90deqiqe.Az xəbər verir ki, Radukanu (DÇ) ilk mərhələdə dünyanın 17-ci pilləsində qərarlaşan rusiyalı tennisçi, hazırda Avstraliyanı təmsil edən Daria Kasatkinaya (6) 6:1, 6:3 hesabı ilə qalib gəlib.
Tennisçilərin görüşü 1 saat 20 dəqiqə davam edib.
Radukanunun Strasburqdakı növbəti rəqibi dünyanın 46-cı amerikalısı Danielle Kollinz olacaq.