- Offside
- 23:24 05.12.2025
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun bədəni xüsusi cihaz vasitəsilə müayinə edilib.
90deqiqe.Az xəbər verir ki, müayinə 40 yaşlı futbolçunun vərdişləri, məşqləri və fizioloji göstəriciləri əsasında aparılıb.
Cihazın nəticələrinə əsasən, Ronaldonun bioloji yaşı 28 il 9 ay olaraq müəyyən edilib.
Bu mövsüm portuqaliyalı bütün turnirlərdə 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.