- Offside
- 22:26 01.02.2026
Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi baş tutub.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən tədbirdə ilk olaraq Azərbaycanın əməkdar artisti Səbinə Babayeva Dövlət Himnini səsləndirib. Daha sonra fransalı fristayler, dünya çempionu Arno Qarnye maraqlı çıxışları ilə tamaşaçıların qarşısına çıxıb.
Mərasimdə həmçinin Azərbaycanın Xalq artisti Aygün Kazımova və Türkiyənin tanınmış müğənnisi Aleyna Tilki səhnədə çıxış ediblər.
Dünya çempionatı iyunun 1-də başa çatacaq.