2 fevral 2026. Bazar ertəsi

Azərbaycan minifutbol millisi dünya çempionatına heç-heçə ilə başladı


  • Offside
  • 22:40 21.05.2025
  • Oxunma sayı: 182
Azərbaycan minifutbol millisi dünya çempionatına heç-heçə ilə başladı

Azərbaycanın minifutbol üzrə milli komandası dünya çempionatında ilk oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Milli Gimnastika Arenasında Bəhreyn millisi ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Millimizin yeganə qolunu 15-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bəhreynin heyətində isə 25-ci dəqiqədə Ahmed Antar fərqlənib.

Qeyd edək ki, A qrupunun digər oyunu bu gün saat 23:00-da Mavritaniya və Sloveniya komandaları arasında keçiriləcək.







Offside