2 fevral 2026. Bazar ertəsi

FIFA prezidenti "Qarabağ"ı təbrik edib


  • Offside
  • 22:44 21.05.2025
  • Oxunma sayı: 121
FIFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA-nın prezidenti Canni İnfantino AFFA prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə çempion olması münasibətilə təbrik edib.

90deqiqe.Az xəbər verir ki, İnfantino Ağdam təmsilçisini təbrik etməkdən məmnun olduğunu bildirib və AFFA rəhbərliyinə təşəkkürünü çatdırıb:

“Onların mövsüm ərzində göstərdiyi davamlı səylər öz bəhrəsini verib və bu mühüm titul qazanılıb. Bu böyük nailiyyət münasibətilə komandanın bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm. Hörmətli prezident, ölkənizdə futbolun inkişafına göstərdiyiniz davamlı dəstəyə, zəhmətinizə və fədakarlığınıza görə assosiasiyanıza təşəkkür edirəm. Sizinlə tezliklə yenidən görüşməyi səbirsizliklə gözləyirəm.”

Qeyd edək ki, “Qarabağ” bu uğurla tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.

 

 







Offside