2 fevral 2026. Bazar ertəsi

"Ferrari" pilotları mühərrik cəzası riski ilə üzləşə bilər


  • Offside
  • 23:13 21.05.2025
  • Oxunma sayı: 133
"Ferrari" pilotları mühərrik cəzası riski ilə üzləşə bilər

Formula 1 komandası "Ferrari", 2025-ci il mövsümündə pilotları Lyuis Həmilton və Çarlz Leklerin güc aqreqatları ilə bağlı cərimə riski ilə üzləşə biləcəyindən narahatdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Formula.it” nəşri məlumat yayıb. Bildirilib ki, "Ferrari", müştəri komandalarının yaşadığı texniki problemləri nəzərə alaraq, etibarlılığı artırmaq məqsədilə güc aqreqatlarının maksimal istismar müddətini azaltmaq qərarı verib.

Xüsusilə Mayami Qran Prisində "Kick-Sauber" sürücüsü Qabriel Bortoleto və "Haas" pilotu Oliver Berman mühərriklə bağlı problemlərlə üzləşib. İmola mərhələsində isə Esteban Okonun "Haas" bolidində güc qurğusu sıradan çıxıb.

Bütün bunlar nəzərə alınaraq, güc bloklarının daha tez-tez dəyişdirilməsi mövsümün ikinci yarısında Həmilton və Lekler də daxil olmaqla sürücülərin cərimə olunması ehtimalını artırır.







Offside