- Offside
- 14:44 23.03.2026
Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu gün keçirilən qarşılaşmada "Araz-Naxçıvan" "Neftçi" İK-nı 6:2 hesabı ilə məğlub edərək 2024/2025 mövsümünün çempionu olub.
Bu qalibiyyətlə, "Araz-Naxçıvan" 19-cu dəfə ölkə çempionu titulunu qazanıb. Komanda 19 turdan sonra 49 xalla liderliyini qoruyub, ikinci sıradakı "Neftçi" İK isə 43 xalla çempionatı ikinci yerdə tamamlayıb.
"Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.