6 dekabr 2025. Şənbə

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib


  • Offside
  • 18:04 22.05.2025
  • Oxunma sayı: 75
AFFA Gənclər Liqasının qalibi müəyyənləşib

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, çempionun adına XXXVI turda aydınlıq gəlib.

“Sabah”ın U-19 komandası bu tur səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.

"Sabah"ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.







Offside