- Offside
- 05:16 15.06.2025
AFFA Region Liqasının 2024/2025 mövsümündə çempion müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən final qarşılaşmasında "Xankəndi" və "Şirvan" komandaları üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən matçda "Xankəndi" rəqibini 3:0 hesabı ilə məğlub edərək çempionluğa sahib çıxıb. Qalib komandanın heyətində Bayram Əliyev 16-cı dəqiqədə hesabı açıb. Hüseyn Axundov 63-cü dəqiqədə fərqi artırıb, Elariz Xəlilli isə 79-cu dəqiqədə son nöqtəni qoyub.
Bu qələbə sayəsində "Xankəndi" növbəti mövsümdən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ əldə edib. Digər tərəfdən, finalda uduzan "Şirvan" isə II Liqanı 13-cü pillədə tamamlayan “Lerik” komandası ilə pley-off qarşılaşmasında gücünü sınayacaq.
Finaldan öncə üçüncü yer uğrunda keçirilən oyunda "Ağstafa Gəncləri" komandası "Göyəzən"i 5:2 hesabı ilə məğlub edərək Region Liqasını bürünc medalla tamamlayıb.