- Offside
- 22:41 19.06.2025
Dünyanın 30-cu raketka sahibi, rusiyalı tennisçi Anna Kalinskaya Fransanın Strasburq şəhərində keçirilən WTA-500 kateqoriyalı torpaq kort turnirinin 1/4 final mərhələsində iştirakdan imtina edib.
90deqiqe.Az xəbər verir ki, bu qərardan sonra dünya reytinqində 46-cı pillədə qərarlaşan amerikalı Danielle Kollinz birbaşa yarımfinala yüksəlib.
Kalinskayanın geri çəkilməsinin dəqiq səbəbi açıqlanmayıb. Lakin ehtimal olunur ki, buna rusiyalı tennisçinin səhhətində yaranan problem səbəb olub.
Turnirin yarımfinalında Danielle Kollinz ispan tennisçi Paula Badosa ilə rusiyalı Lyudmila Samsonova arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Strasburq turniri mayın 18-dən 24-dək davam edəcək. Yarışın hazırkı qalibi amerikalı Madison Keysdir.