16 iyul 2025. Çərşənbə

“Lakers” LeBron Ceymsin qərarını gözləyir


  • Offside
  • 23:16 22.05.2025
  • Oxunma sayı: 66
“Lakers” LeBron Ceymsin qərarını gözləyir

“Los Angeles Lakers”ın ulduz oyunçusu LeBron Ceymsin gələcək mövsümdə də komandada qalacağı ehtimal edilir.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Covan Buha "YouTube" kanalında fikirlərini bölüşüb. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər hər zaman ideal olmasa da, LeBronun klubda qalması daha real görünür:

“Son bir neçə ildə tərəflər arasında münasibətlər daim isti olmayıb. Amma əvvəl də qeyd etdiyim kimi, düşünürəm ki, LeBron gələn mövsüm də ‘Lakers’də qalacaq. Yeganə sual odur ki, o, oyunçu seçimindən istifadə etməyə razı olacaq, ya yox”, – deyə Buha bildirib.

Qeyd edək ki, LeBron Ceymsin növbəti mövsüm üçün oyunçu seçimi hüququ var və o, bu qərarı iyunun 29-dək verməlidir.

40 yaşlı ulduz basketbolçu cari mövsümdə NBA-da 75 oyunda iştirak edib. O, orta hesabla 24,5 xal, 7,9 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.







Offside