- Offside
- 05:16 15.06.2025
"Bakı" adı altında Rusiyada keçirilən "Qələbə kuboku"na qatılan Azərbaycanın boks millisi yarımfinala vəsiqə qazanıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma yarışa 1/4 finaldan başlayıb.
Permdə keçirilən “Qələbə kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.
4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.
“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.