- Offside
- 01:45 09.07.2025
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında üçüncü oyun gününə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, qrup mərhələsinin II turu çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutub. Bütün oyunlar Milli Gimnastika Arenasında keçirilib.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya yığmasına qarşı meydana çıxıb və turnirdə ilk qələbəsini qazanıb – 4:0. Qrupun digər oyununda isə Mavritaniya Bəhreynə 2:0 hesabı ilə qalib gəlib.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. | Azərbaycan |
2 | 1 | 0 | 1 | 0 | 5:1 (+4) | 0 / 2 | 4 |
2. | Mavritaniya |
2 | 1 | 0 | 1 | 0 | 3:1 (+2) | 0 / 3 | 4 |
3. | Bəhreyn |
2 | 0 | 0 | 1 | 1 | 1:3 (-2) | 0 / 1 | 1 |
4. | Sloveniya |
2 | 0 | 0 | 1 | 1 | 1:5 (-4) | 0 / 1 | 1 |
B qrupunda mübarizə aparan Fransa millisi Özbəkistan qarşısında çətin anlar yaşayıb və görüş 3:3 hesabı ilə başa çatıb.Qrupun digər oyununda isə sensasiya qeydə alınıb. Son dünya çempionu Rumıniyanı 4:2 hesabı ilə məğlub edən Çad yığması turnirdə ilk qələbəsini qazanıb.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. | Fransa |
2 | 1 | 0 | 1 | 0 | 4:3 (+1) | 0 / 0 | 4 |
2. | Çad |
2 | 1 | 0 | 0 | 1 | 4:3 (+1) | 0 / 4 | 3 |
3. | Rumıniya |
2 | 1 | 0 | 0 | 1 | 4:5 (-1) | 1 / 4 | 3 |
4. | Özbəkistan |
2 | 0 | 0 | 1 | 1 | 4:5 (-1) | 0 / 5 | 1 |
C qrupunda keçirilən İngiltərə – Macarıstan qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.Qrupun digər oyununda isə Türkiyə Ukrayna üzərində 3:1 hesablı qələbə qazanaraq turnirdə ilk 3 xalını əldə edib.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. | İngiltərə |
2 | 1 | 0 | 1 | 0 | 5:1 (+4) | 0 / 6 | 4 |
2. | Türkiyə |
2 | 1 | 0 | 1 | 0 | 4:2 (+2) | 1 / 6 | 4 |
3. | Macarıstan |
2 | 0 | 0 | 2 | 0 | 2:2 (0) | 0 / 3 | 2 |
4. | Ukrayna |
2 | 0 | 0 | 0 | 2 | 1:7 (-6) | 1 / 1 | 0 |
D qrupunda Bolqarıstan Hindistan üzərində inamlı qələbə qazanıb – 5:0.Portuqaliya isə Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək xallarının sayını altıya yüksəldib və qrup mərhələsini vaxtından əvvəl adlayıb.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. | Portuqaliya |
2 | 2 | 0 | 0 | 0 | 5:2 (+3) | 0 / 1 | 6 |
2. | Slovakiya |
2 | 1 | 0 | 0 | 1 | 16:2 (+14) | 0 / 0 | 3 |
3. | Bolqarıstan |
2 | 1 | 0 | 0 | 1 | 6:3 (+3) | 0 / 1 | 3 |
4. | Hindistan |
2 | 0 | 0 | 0 | 2 | 0:20 (-20) | 0 / 1 | 0 |
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.