- Offside
- 16:48 18.06.2025
Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən kişi həndbolçular arasında Azərbaycan Kubokuna yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, "AHF Arena"da baş tutan həlledici qarşılaşmada "Bakı" və "Kür" komandaları üz-üzə gəlib.
Final oyunu gərgin idman mübarizəsi şəraitində keçib. Görüşün sonunda Mingəçevir təmsilçisi olan "Kür" komandası 20:19 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunun sahibi olub və qızıl medallara layiq görülüb.
Bu nəticə ilə "Kür" komandası mövsümə parlaq sonluq verərək azarkeşlərinə sevinc yaşadıb.