- Offside
- 23:24 05.12.2025
Avstraliyalı tennisçi, Wimbledon 2022-nin finalçısı Nik Kyrgios bu il Fransada keçiriləcək "Roland Garros 2025" turnirində iştirak etməyəcək.
90deqiqe.Az xəbər verir ki, Kyrgios əvvəlcə cütlüklərdə çıxış etməyi planlaşdırır və “US Open 2024” qalibi həmyerlisi Cordan Tompsonla duet təşkil etməyi planlaşdırırdı, lakin bu fikrindən vaz keçib.
Bundan əlavə, Kyrgios qorunan reytinqə əsasən Roland Garros-un əsas püşkatmasında tək kateqoriyada iştirak hüququ qazansa da, bu fürsətdən də yararlanmaq istəməyib.
Qeyd edək ki, avstraliyalı tennisçi dəfələrlə gil örtüklərdə oynamağı sevmədiyini bildirib və bu amil onun qərarında həlledici rol oynayıb.
Əlavə edək ki, "Roland Garros 2025" mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək. Turnirin hazırkı çempionu, dünya reytinqində ikinci yerdə qərarlaşan ispaniyalı Karlos Alkarasdır.