15 iyul 2025. Çərşənbə axşamı

Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb


  • Offside
  • 20:17 24.05.2025
  • Oxunma sayı: 71
Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan avarçəkənləri Slovakiyada keçirilən 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində uğurlu çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə təşkil olunan yarışda Tatyana Smilovenko bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə finişə birinci çataraq qızıl medal qazanıb.

Digər təmsilçimiz Əlimurad Hacızadə isə kayak qayığında eyni məsafəyə yürüşdə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnirdə 20-dən çox ölkənin avarçəkənləri mübarizə aparıb.







Offside