20 iyun 2025. Cümə

Cokoviç karyerasında 100-cü titulunu qazandı


  • Offside
  • 23:16 24.05.2025
  • Oxunma sayı: 63
Cokoviç karyerasında 100-cü titulunu qazandı

24 qat “Böyük Dəbilqə” çempionu, serb tennisçi Novak Cokoviç karyerasının 100-cü tituluna sahib çıxıb.

90deqiqe.Az xəbər verir ki,  İsveçrənin Cenevrə şəhərində keçirilən ATP-250 səviyyəli gil örtüklü turnirin finalında o, Polşanın 31-ci raketkası Hubert Hurkaçı 5:7, 7:6 (7:2), 7:6 (7:2) hesabı ilə məğlub edib.

Bu, Cokoviçin cari mövsümdə qazandığı ilk titul olub. Təcrübəli tennisçi ötən mövsüm Parisdə keçirilən Olimpiya Oyunlarında təkbətək yarışlarda qızıl medal əldə etmişdi.

Serbiyalı ulduz növbəti olaraq Fransa Açıq Çempionatında (Roland Garros 2025) mübarizəyə qoşulacaq. O, ilk görüşündə amerikalı Makkenzi Makdonaldla qarşılaşacaq. Qeyd edək ki, turnir mayın 25-dən iyunun 8-dək davam edəcək.







Offside