- Offside
- 22:26 01.02.2026
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında dördüncü günün oyunları başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən 8 qarşılaşmadan sonra qrup mərhələsinin II turu yekunlaşıb.
E qrupu:
Monteneqro millisi Sloveniya ilə qarşılaşaraq 9:0 hesablı qələbə qazanıb. Digər oyunda Tailand İndoneziyanı 4:0 hesabı ilə məğlub edib.
E qrupu
1. Monteneqro— 4 xal
2. Tailand— 4 xal
3. İndoneziya— 3 xal
4. Kosta Rika— 0 xal
F qrupu:
Bosniya və Herseqovina Qazaxıstanla 1:1 hesablı heç-heçə edib. ABŞ və Polşa arasında keçirilən matçda isə hesab açılmayıb.
F qrupu
1. Bosniya və Herseqovina— 4 xal
2. Polşa— 4 xal
3. Qazaxıstan — 1 xal
4. ABŞ — 1 xal
G qrupu:
Gürcüstan Argentina üzərində 6:1 hesablı qələbə qazanıb. Çexiya isə BƏƏ-ni 7:2 hesabı ilə məğlub edib. Hər iki komanda 6 xalla pley-off mərhələsinə yüksəlib.
G qrupu
1. Çexiya — 6 xal
2. Gürcüstan — 6 xal
3. Argentina — 0 xal
4. BƏƏ — 0 xal
H qrupu:
Serbiya İspaniyanı 4:1 hesabı ilə məğlub edib. İsrail isə Qanaya 4:0 hesabı ilə qalib gəlib. Serbiya 6 xalla pley-off mərhələsinə çıxıb.H qrupu
1. Serbiya — 6 xal
2. İsrail — 3 xal
3. İspaniya — 3 xal
4. Qana — 0 xal
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.