19 may 2026. Çərşənbə axşamı

Millimiz dünya çempionatında növbəti mərhələyə yüksəldi


  • Offside
  • 21:30 25.05.2025
  • Oxunma sayı: 202
Millimiz dünya çempionatında növbəti mərhələyə yüksəldi

Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qrup mərhələsinin III turunda növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi kollektiv Milli Gimnastika Arenasında Mavritaniya yığması ilə qarşılaşıb. Görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Azərbaycan komandası qrup mərhələsini uğurla başa vuraraq adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatına iyunun 1-də yekun vurulacaq.







Offside