14 iyun 2025. Şənbə

Azərbaycan avarçəkənlərindən "Bratislava Reqatası”nda daha bir qızıl medal


  • Offside
  • 09:58 26.05.2025
  • Oxunma sayı: 30
Azərbaycan avarçəkənlərindən "Bratislava Reqatası”nda daha bir qızıl medal

Azərbaycan avarçəkənləri Slovakiyada yeniyetmə və gənclər arasında keçirilən kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb.

 Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komanda uğurlu çıxışını davam etdirir.

Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.







Offside