- Offside
- 23:24 05.12.2025
Azərbaycanın qadın sablyaçıları Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.
Azərbaycan Qılıncoynatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət kollektiv komanda yarışında 1/8 finalda turnirin finalçısı Yaponiyaya 37:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda qarşılaşmalarda Honkonqa 45:36 hesabı ilə qalib gələn komanda İspaniyaya 35:45 hesabı ilə məğlub olub. Azərbaycan sablyaçıları 11-12-ci yerlər uğrunda görüşdə Almaniyaya 38:45 hesabı ilə uduzub.
Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç ən güclü "16-lığ"a kimi irəliləyib. Səbinə Kərimova və Zərifə Hüseynova isə 140-dan çox iştirakçının qatıldığı turnirdə ilk "yüzlük"də yer alıb.