- Offside
- 05:16 15.06.2025
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi kollektiv 1/8 final mərhələsində son dünya çempionu Rumıniya ilə qarşılaşıb.
Gərgin keçən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə müraciət olunub. Burada daha dəqiq oynayan (2:1) millimiz növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə yığması ilə qarşılaşacaq.