- Offside
- 23:24 05.12.2025
“İnter Mayami”nin hücumçusu Luis Suares Uruqvay futbolunun dördüncü divizionunda çıxış edəcək yeni klub yaratdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə təcrübəli futbolçu şəxsi "X" (keçmiş Twitter) hesabında məlumat verib.
Yeni komanda "Deportivo LSM" adlanır. Klubun adındakı “LSM” abreviaturası Luis, Suares və Messi sözlərinin birləşməsindən yaranıb.
Qeyd edək ki, Lionel Messi də bu layihədə Suaresin əsas iş ortaqlarından biridir.
Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, 57 matçda iştirak edib, 45 qol vurub və 21 məhsuldar ötürmə edib. Suarez 2024-cü ilin yanvarında "İnter Mayami"yə keçdi. O, bütün yarışlarda 56 oyun keçirib, 30 qol vurub və 20 məhsuldar ötürmə edib.