- Offside
- 22:00 13.06.2025
Özbəkistanın 16 yaşadək qızlardan ibarət voleybol millisi Bakıya gəlib.
90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar paytaxtda on gün təlim-məşq toplanışında iştirak edəcəklər.
Həmçinin qonaqlar Azərbaycanın yeniyetmələrdən ibarət millisi ilə birgə məşq edəcək və yoldaşlıq oyunları keçirəcək.