- Offside
- 15:08 14.12.2025
Dünyanın 18-ci raketkası, rusiyalı tennisçi Lyudmila Samsonova “Rolan Qarros-2025”in üçüncü raunduna yüksəlib.
90deqiqe.Az xəbər verir ki, o, ikinci mərhələdə İspaniya təmsilçisi, dünyanın 150-ci raketkəsi Leyre Romero Qormazı üstələyib.
Qarşılaşma 6:3, 6:3 hesabı ilə başa çatıb.
Fransa Açıq çempionatının üçüncü turunda Lyudmila Samsonova Diana Şnayder (Rusiya) - Dayana Yastremska (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq.