- Offside
- 15:08 14.12.2025
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan 1/8 final mərhələsinin oyunlarından sonra daha dörd komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Monteneqro Polşanı məğlub edərək 1/4 finala yüksəlib. Tailand Bosniya və Herseqovinaya qarşı matçda hesabı açsa da, ardıcıl üç qol buraxaraq mübarizəni dayandırıb. Çexiya isə İsraili 4:0 hesabı ilə üstələyib. Günün son oyununda Serbiya Gürcüstana 3:2 hesabı ilə qalib gəlib.
Dünya çempionatı – 1/4 final cütləri:
Macarıstan – Mavritaniya
Monteneqro – Çexiya
İngiltərə – Azərbaycan
Bosniya və Herseqovina – Serbiya
Qeyd edək ki, 1/4 final mərhələsinin qarşılaşmaları sabah baş tutacaq.