15 iyun 2025. Bazar günü

Azərbaycan karateçiləri Tokioda dünya çempionatında iştirak edəcəklər


  • Offside
  • 13:26 29.05.2025
  • Oxunma sayı: 38
Azərbaycan karateçiləri Tokioda dünya çempionatında iştirak edəcəklər

Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mayın 31-dən iyunun 1-nə qədər keçiriləcək full kontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate millisinin iki üzvü -Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaqlar.

Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.

Komandaya AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcək.







Offside