15 iyun 2025. Bazar günü

Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək


  • Offside
  • 17:31 29.05.2025
  • Oxunma sayı: 52
Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək

31 may - 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Bu barədə  90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitə birinciliyində ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Onlar “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar.

Nage-no-Kata

İsmayıl Rzayev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

Katame-no-kata

Rafiq Nəcəfov - tori

Seymur Məcidli - uke

Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.







Offside