15 iyun 2025. Bazar günü

“Şirvan” II Liqaya yüksəldi


  • Offside
  • 18:50 29.05.2025
  • Oxunma sayı: 43
“Şirvan” II Liqaya yüksəldi

Azərbaycan II Liqasına vəsiqə verən pley-off qarşılaşmasının qalibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, "ASCO Arena"da keçirilən həlledici oyunda “Şirvan” və “Lerik” komandaları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Oyunun taleyinə əlavə vaxtda vurulan qol nöqtə qoyub. Əlavə hissələrdə rəqib qapısından bir top keçirən “Şirvan” komandası 3:2 hesablı qələbə ilə Azərbaycan II Liqasına vəsiqə qazanıb.

Bu nəticə ilə “Şirvan” 2025/2026 mövsümündə ölkənin peşəkar futbol piramidasında daha yüksək səviyyədə – II Liqada çıxış etmək hüququ əldə edib. Məğlub olan “Lerik” klubu isə növbəti mövsümdən AFFA Region Liqasında mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, bu oyun Azərbaycan futbolunun aşağı liqalarında mübarizənin və marağın getdikcə artdığını bir daha göstərdi. “Şirvan”ın tarixi qələbəsi azarkeşlərə növbəti mövsüm üçün yeni ümidlər bəxş edir.







Offside