6 dekabr 2025. Şənbə

Azərbaycan millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb


  • Offside
  • 13:07 30.05.2025
  • Oxunma sayı: 82
Azərbaycan millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb.

90deqiqe.Az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir. 

Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Yığma Avropa Gümüş Liqasında ilk turun oyunlarını iyunun 6-8-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.

Avropa Gümüş Liqası

Kişilər

I tur (İsveç)

6 iyun

17:00. Azərbaycan - İsveç

7 iyun

17:00. Gürcüstan - Azərbaycan

8 iyun

17:00. İsveç – Gürcüstan

II tur (Azərbaycan)

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

14 iyun

18:00. Macarıstan – Lüksemburq

15 iyun

18:00. Azərbaycan - Macarıstan

III tur (Farer adaları)

20 iyun

19:00. Azərbaycan - Farer adaları

21 iyun

17:00. Avstriya – Azərbaycan

22 iyun

17:00. Farer adaları – Avstriya

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.







Offside