6 dekabr 2025. Şənbə

FHN-in idmançılarndan beynəlxalq yarışlarda yüksək nəticə


  • Offside
  • 17:47 30.05.2025
  • Oxunma sayı: 98
FHN-in idmançılarndan beynəlxalq yarışlarda yüksək nəticə

Türkiyənin Antalya şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında “Turkish Open 2025” WAKO Dünya Kuboku keçirilib.

90deqiqe.Az xəbər verir ki, turnirdə 43 ölkədən 3600-dən çox idmançı kikboksinqin müxtəlif növlərində öz qüvvələrini sınayıblar.Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi altında kikboksinq komandası yüksək nailiyyətlər əldə edib.

Elnar Hacıyev 51 kiloqram çəki dərəcəsində 3 döyüş keçirərək bütün rəqbilərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvləri Yağmur Şahniyarova 52 kiloqram çəki dərəcəsində

gümüş, Aydan İsmayıllı isə 50 kiloqram çəkidə bürünc medalın sahibi olub.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının təsis etdiyi diplom, medal və kubok təqdim edilib.

Bundan əlavə, İranın Behşəhr şəhərində keçirilən sərbəst güləş üzrə gənclər arasında “Necad Haşimi kuboku”nda isə 7 ölkədən 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.Turnirdə FHN-in İdman-sağlamlıq klubunun gənclərdən ibarət sərbəst güləş üzrə komandasının üzvü və Mülki müdafiə qoşunlarının əsgəri Sədrəddin Həsənov 57 kiloqram çəki şərəcəsində bürünc medalın sahibi olub. Qalibə İran Güləş Fedrasiyasının təsis etdiyi medal və diplom təqdim edilib.







Offside