18 iyun 2025. Çərşənbə

Millətlər Liqası: Azərbaycan yığması Litvaya məğlub olub


  • Offside
  • 20:00 30.05.2025
  • Oxunma sayı: 74
Millətlər Liqası: Azərbaycan yığması Litvaya məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Litva seçməsini qəbul edib. Bayıl stadionunda təşkil olunan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, aktivində 5 xalı olan Azərbaycan millisi öz qrupunu ikinci pillədə tamamlayıb. Bir oyun az keçirən Litva seçməsi isə 3 xalla sonuncudur.







Offside