- Offside
- 22:41 19.06.2025
Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti uğuruna imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinal mərhələsində Monteneqro yığması ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə millimiz 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Azərbaycan minifutbol tarixində önəmli əhəmiyyət daşıyan bu qələbə ilə yığmamız adını turnirin həlledici oyununa yazdırıb.
Final qarşılaşması iyunun 1-də keçiriləcək.