- Offside
- 22:48 14.07.2025
Dünyanın 14-cü raketkasi, fransalı tennisçi Artur Fils “Rolan Qarros-2025”dən imtina edib.
90deqiqe.Az-ın məlumatına görə, üçüncü raund görüşündə o, dünyanın 15-ci raketkaçısı rusiyalı Andrey Rublevlə qarşılaşmalı idi.
İspan Jaume Munarla son matçda Filsin belində problemlər yaranıb. Görüş beş setdə fransalının qələbəsi ilə başa çatıb - 7:6 (7:3), 7:6 (7:4), 2:6, 0:6, 6:4.
Beləliklə, Andrey Rublev Fransa Açıq çempionatının 1/8 finalına döyüşsüz çıxıb. Onun rəqibi dünya reytinqinin lideri Yannik Sinnerlə dünyanın 34-cü raketkasi Jiri Leqecka arasında keçiriləcək görüşdə müəyyənləşəcək. "Rolan Qarros"un hazırkı çempionu ispaniyalı Karlos Alkarasdır.