20 iyun 2025. Cümə

Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb


  • Offside
  • 10:54 31.05.2025
  • Oxunma sayı: 65
Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb

Mayın 25-dən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yığma toplanış zamanı bir neçə yerli klubla yoxlama oyununda üz-üzə gəlib.

Baş məşqçi Erhan Toker bu qarşılaşmalarda bütün oyunçulara şans verib.

Bundan əlavə, milli Türkiyə çempionatında baş tutmuş "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləmək şansı da əldə edib.

Qeyd edək ki, hazırlıq prosesində əsas məqsəd iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlaşmaqdır.







Offside