16 iyul 2025. Çərşənbə

Azərbaycan stolüstü tennisçisi İsveçdə təlim-məşq toplanışına qatılacaq


  • Offside
  • 12:25 01.06.2025
  • Oxunma sayı: 77
Azərbaycan stolüstü tennisçisi İsveçdə təlim-məşq toplanışına qatılacaq

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.

90deqiqe.Az xəbər verir ki, O.Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.

"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.

O.Quluzadə bundan sonra Helsinqborq və Norveçin Sandefyord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.







Offside