2 fevral 2026. Bazar ertəsi

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi oldu


  • Offside
  • 21:12 01.06.2025
  • Oxunma sayı: 168
Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi oldu

Azərbaycanın minifutbol üzrə milli komandası Bakıda təşkil olunan dünya çempionatında böyük uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv final matçında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edərək çempion titulunu qazanıb.

Milli Gimnastika Arenasında keçirilən final oyununda Azərbaycan yığmasının heyətində Təmkin Xəlilzadə iki dəfə fərqlənərkən, Məhəmməd Xəlilov və Rəvan Kərimov müvafiq olaraq bir və iki qol vurublar.

Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə Serbiya komandası Monteneqronu 3:0 hesabı ilə üstələyib.







Offside